Quterreş: BMT TŞ-dəki fikir ayrılıqları effektiv qərarların qəbuluna mane olur
sizinxeber.az xəbər saytı

Quterreş: BMT TŞ-dəki fikir ayrılıqları effektiv qərarların qəbuluna mane olur


Geosiyasi fikir ayrılıqları BMT Təhlükəsizlik Şurasının (TŞ) effektiv qərarlar qəbul etməsinə mane olur.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasında keçirilən açıq debatda bildirib.

“Geosiyasi fikir ayrılıqları effektiv qərarlar qəbul olunmasına mane olmağa davam edir. Vahid şura dünya üçün böyük işlər görə bilər, bölünmüş şura isə bunu edə bilməz. Şura üzvlərinin qarşılıqlı anlaşmaya nail olmaq üçün mümkün hər şeyi etmələri çox vacibdir”, - o deyib.

Quterreş vurğulayıb ki, BMT TŞ daha əvvəl 3 qitədə 11 sülhməramlı əməliyyata nəzarətdən tutmuş humanitar yardım axınının dünyanın qaynar nöqtələrinə çatdırılmasına kömək edən qətnamələrə qədər effektivliyini sübuta yetirib.

Oxşar xəbərlər

Afrika ölkələrinin BMT TŞ-də təmsil edilməsi təklifi irəli sürülüb
BMT-nin Baş katibi İran və Pakistana çağırış edib
Quterreş BMT TŞ-də vetonun götürülməsi ehtimalına şübhə ilə yanaşır
BMT-nin baş katibi Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb
Ərdoğan ölkədə yeni konstitusiyanın qəbuluna mane olan əsas məqamı açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle