Parisdə yeni hökumətə və Makronun siyasətinə qarşı aksiya keçirilir
Fransa prezidenti Emmanuel Makronun yürütdüyü siyasət və sağ mərkəzçi Respublikaçılar Partiyasının nümayəndəsi Mişel Barnyeni baş nazir təyin etmək qərarı ilə razılaşmayan 1 000-dən çox insan Parisdə Bastiliya meydanı yaxınlığında etiraz nümayişinə çıxıb.
Bu barədə “Sizinxeber.az” TASS-a istinadən xəbər verir.
Manifest iştirakçıları “Makron, istefa!”, “Lənət olsun Barnye hökumətinə!”, “Seçkilər bizdən oğurlandı!” şüarları səsləndirir. Onların əksəriyyəti aksiyaya solçu siyasi partiyaların, o cümlədən “İtaətsiz Fransa” və solçu qüvvələrin “Yeni Xalq Cəbhəsi” koalisiyasının bayraqları ilə gəlib.
Nümayişçilərin daşıdıqları pankartlar arasında “Beşinci respublikaya son” çağırışları da var.
Aksiyada iştirak edənlərin çoxu gələcək hökumətin, bəzi potensial nazirlərin sağçı siyasətçilərdən və “Respublika naminə birlikdə” prezidentyönlü koalisiya üzvlərindən ibarət olmasından da narazılıqlarını bildirirlər.
Qeyd edək ki, bu gün Fransada ümumilikdə 50-yə yaxın nümayiş keçirilir.
Oxşar xəbərlər
Parisin mərkəzində minlərlə insan Makronun istefası tələbi ilə etiraz aksiyası keçirib
Fransanın hər yerində Makronun siyasətinə qarşı nümayişlər keçirilir
Solçu deputatlar parlamentə Makronun istefası təklifini göndərəcək
Fransada solçular yeni baş nazirə etimadsızlıq votumu irəli sürəcək
Fransada hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
