ABŞ-nin zərbələri nəticəsində İraqın güc strukturlarının azı 10 əməkdaşı yaralanıb - YENİLƏNİB
ABŞ ordusunun İraqa endirdiyi aviazərbələr nəticəsində güc strukturlarının azı 10 əməkdaşı yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Al-Arabiya” telekanalı öz mənbələrinə istinadən yayıb.
ABŞ ordusu İraqın Babil və Vasit əyalətlərinə havadan zərbələr endirib. Bombardman nəticəsində adı açıqlanmayan qruplaşmanın 1 üzvü ölüb, daha 6 nəfər yaralanıb.
“Ash-Sharq” telekanalı isə bildirib ki, Vasit əyalətində İranyönümlü “Hizbullah ən-Nucabaa” qruplaşmasının mövqelərinə PUA-larla zərbə endirilib.
ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı hərbi bazalarına zərbələr endirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik İdarəsinin sözçüsü Adrienne Vatson deyib.
O bildirib ki, bu, ABŞ-ın İraqdakı hərbi bazasının atəşə tutulmasına cavabdır.
Qeyd olunub ki, sözügedən hücum barədə dərhal ABŞ Prezidenti Cozef Baydenə məlumat verilib. Dövlət başçısı isə cavab tədbirlərinin görülməsini tapşırıb.
Bildirilib ki, ABŞ bazalarına hücum davam edərsə, adekvat cavablar təkrarlanacaq.
Xatırladaq ki, daha əvvəl İraqın Ərbil Beynəlxalq Hava Limanı ərazisində yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Nəticədə bir neçə nəfər yaralanıb.
Oxşar xəbərlər
İsrail ordusu Livan ərazisinə cavab zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziyada zavodda partlayış nəticəsində azı 13 nəfər ölüb, 38 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Hizbullahın hərbi obyektlərini atəşə tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












