44 günlük Vətən müharibəsinin xronikası: 9 oktyabr
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev xalqa müraciət edib. Ali Baş Komandan Azərbaycan Ordusunun Hadrut qəsəbəsini və bir neçə kəndi işğaldan azad etdiyini və düşmənin məhv edilən, ələ keçirilən texnikalarının sayını açıqlayıb.
- Prezident İlham Əliyevin "CNN International" televiziya kanalının "Connect the World" verlişinə və "Sky News" televiziya kanalına müsahibə verib.
- Ermənistan ordusunun daha bir qərargahı dağıdılıb, artilleriya rəisi məhv edilib. Müdafiə Nazirliyi dünən düşmənin məhv edilən və ələ keçirilən texnikalarının sayını açıqlayıb.
- Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonunun videogörüntülərini paylaşıb.
- Düşmən Goranboy, Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutub. Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunu raket və artilleriya atəşinə tutub, 3 nəfər yaralanıb. Ermənilərin atəşi nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralanıb.
- Ermənistanın xeyli sayda hərbi texnikasının məhv edildiyi videogörüntülər yayılıb.
- Ermənistan Silahlı Qüvvələri Mingəçevir şəhərini, Bərdə, Ağcabədi və Ağdam rayonlarının ərazilərini intensiv atəşə tutub.
- Azərbaycan Ordusu düşmənin daha bir neçə hərbi texnikasını ələ keçirib. Düşmənin atıb getdiyi hərbi texnika Azərbaycan Ordusunun hərbi texnikasının rəngində rənglənib.
- Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmənin xeyli sayda "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.
- Ermənistandan Mingəçevir istiqamətində atılan raket göydə məhv edilib.
- Müdafiə Nazirliyi Tərtər rayonunun işğaldan azad olunan Suqovuşan və Talış kəndinin videogörüntüsünü yayıb.
- Baş Prokurorluğun məlumata görə, Ermənilərin Ağdama raket atması nəticəsində 4 mülki şəxs yaralanıb.
- Düşmənin Prima yaylım atəş sisteminin, 25 nəfər əsgər və zabitini döyüş bölgəsinə gətirən hərbi maşın hərəkətdə məhv edilməsinin videogörüntüləri yayılıb
- Müdafiə Nazirliyi düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikalarının məhv edilməsinin videogörüntüsünü yayıb.


width="220" alt="Hadrutun işğaldan azad olunmasından 3 il ötür" />
width="220" alt="Vətən müharibəsinin doqquzuncu günündə azad edilən ərazilər" />
width="220" alt="Vətən müharibəsinin başlamasından üç il keçir - Anım Günü" />
width="220" alt="Suqovuşanın işğaldan azad edilməsindən 3 il ötür" />
width="220" alt="Prezident İlham Əliyev: Antiterror tədbirləri nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />