Netanyahu: “İsrail Qəzzadakı əməliyyatı genişləndirəcək”
“İsrail yaxın günlərdə Qəzza zolağında quru əməliyyatını genişləndirəcək”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Likud” partiyasının parlament fraksiyasının iclasında deyib.
“Biz dayanmırıq, mübarizəmizi davam etdiririk və yaxın günlərdə döyüşləri daha da dərinləşdirəcəyik. Bu, uzun döyüş olacaq və o, hələ bitməyə yaxın deyil”, - B.Netanyahu bildirib.
İsrailin Baş naziri dekabrın 24-də Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirdiklərini və anklavda hakim olan radikal HƏMAS hərəkatı üzərində qələbə çalana qədər müharibəni davam etdirəcəklərini bəyan edib. Elə həmin gün İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari bildirib ki, İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Xan Yunis şəhəri ərazisində əməliyyatlarını dərinləşdirir, irəlilədikcə radikalların istifadə etdikləri tunellər aşkarlayırlar.
Oxşar xəbərlər
İsrail Qəzzanın cənubunda aktiv döyüş əməliyyatlarına başlayıb
Netanyahu İrana xəbərdarlıq etdi
Qəzza zolağında İsrailin daha iki hərbçisi ölüb
İsrail dekabrın 1-dən HƏMAS-ın minlərlə yaraqlısını məhv edib
İsrail HƏMAS-ın 8 min yaraqlısını zərərsizləşdirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













