Bakının Yasamal və Zirə qəsəbələrinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.

Sizinxeber.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 25-də paytaxtın bəzi ərazilərində elektrik şəbəkəsində təmir işləri aparılacaq.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində transformator məntəqəsində (TM) görüləcək təmir işləri zamanı Ələsgər Ələkbərov, Mirmövsüm Nəvvab, Rahib Tağıyev və Ümid Əkbərov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Zirə Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 6 kV-luq hava xəttində aparılacaq profilaktik tədbirlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Dübəndi bağları yaşayış massivində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.