İranın Bəndər-Abbas və Qeşm bölgələrində partlayışlar olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bəndər-Abbasın bir çox sakini partlayış dalğasından pəncərələrin titrədiyini bildirib.
Qeşmdən daxil olan məlumatda isə adada təkanlar hiss olunduğu və partlayış səsinin dəniz tərəfdən gəldiyi qeyd edilir.