"Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün Dövlət Proqramı yeni qəbul olunub və hazırda onun icrasına başlanılır".
Sizinxeber.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, icra prosesi davam etdikcə ölkədə məhsul, ət istehsalının artımına nail olmağa çalışılacaq:
"Ət istehsalı da artdıqca, qiymət daha da stabilləşəcək".