İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə bu ilin ilk səkkiz ayında 262,9 milyon manat kredit ayrılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd olunub.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünün nəticəsindən 13.7% aşağıdır.

Yanvar-avqust aylarında İKZF tərəfindən yenidən maliyyələşdirilən kreditlərin ümumi məbləği də azalıb. Belə ki, bu göstərici illik müqayisədə 10.8% geriləyərək 255.1 milyon manat olub.

Hesabat dövründə Fondun istiqraz emissiyası hesabına cəlb etdiyi vəsaitin həcmi 25% azalaraq 300 milyon manat təşkil edib.

Bununla yanaşı, dövlət büdcəsindən İKZF-yə ayrılan vəsait 33.4% artıb və 63.9 milyon manata yüksəlib.