Vens: Trampın Ukrayna planı silahsızlaşdırılmış zonanın yaradılmasını nəzərdə tutur
ABŞ Respublikaçı Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukrayna böhranının sülh yolu ilə həlli planı Rusiya və Ukrayna arasında mövcud təmas xətti boyunca demilitarizasiya olunmuş zonanın yaradılmasını və Rusiyanın Ukraynanın neytral statusuna dair zəmanətlər almasını nəzərdə tutur.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Trampın seçki kampaniyasındakı tərəfdaşı, vitse-prezidentliyə namizəd Ceyms Devid Vans ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi təyinatlısı Şon Rayanın yutub kanalında müsahibəsində bildirib.
“Ehtimal ki, bu, belə görünəcək: Rusiya və Ukrayna arasındakı təmas xətti demilitarizasiya olunmuş zonaya çevriləcək <...>. Ukrayna öz müstəqilliyini və suverenliyini qoruyub saxlayacaq. Rusiya Ukraynadan neytral qalmaq, NATO-ya və bu kimi digər müttəfiq qurumlara qoşulmamaq barədə zəmanətlər alacaq”, – o bildirib.
Bundan əlavə, Vans qeyd edib ki, “Almaniya və digər ölkələr Ukraynanın bərpasını qismən maliyyələşdirməli olacaqlar”.
Oxşar xəbərlər
Kennedi: Conson Baydenin əmri ilə Rusiya və Ukrayna arasındakı danışıqları pozub
ABŞ-da vitse-prezidentliyə namizəd ukraynalı generallarla danışmaq istəməyib
KİV: "Şolts planı" Ukrayna məsələsində "status-kvo"nun saxlanılmasını nəzərdə tutur
Peskov: Baydenin Putinə zəngi Ukrayna ilə müharibəyə son qoya bilməz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
