Hindistanda azı 15 nəfər naməlum xəstəlikdən ölüb
sizinxeber.az xəbər saytı

Hindistanda azı 15 nəfər naməlum xəstəlikdən ölüb


Hindistanın qərbindəki Qucarat ştatında yayılmış naməlum xəstəlikdən azı 15 nəfər ölüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Hindustan Times” qəzeti yazıb.

“Yerli həkimlərin hələlik dəqiq səbəbini müəyyən edə bilmədiyi xəstəlik Pakistanla sərhəddə yerləşən Kaç dairəsinin Lakhpat şəhərində yayılıb. Sentyabrın 3-dən 7-dək xəstəlik 10 nəfərin həyatına son qoyub. O vaxtdan bəri isə azı daha 5 ölüm faktı qeydə alınıb”, - məlumatda deyilir.

Yerli administrasiyanın nümayəndəsi Amit Arora ölüm səbəblərini müəyyən etmək üçün ölənlərin analizlərinin Milli Virusologiya İnstitutuna göndərildiyini və nəticələrin iki gün ərzində gələcəyini söyləyib.

Xəstəliyin yayılması bölgədə tüğyan edən leysan yağışları və daşqınlarla eyni vaxta təsadüf edib. Bu musson mövsümündə Kaç dairəsində ən çox yağıntı Qucarata düşüb - təxminən 890 mm və bu, orta göstəricinin 184 %-ni təşkil edir.

Oxşar xəbərlər

Hindistanda 15 nəfər naməlum qızdırmadan ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda Çandipur virusundan ən azı 16 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda partiya nümayəndəsinin qətlində şübhəli bilinən 15 nəfər ölüm cəzasına məhkum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanın cənubunda leysan yağışları nəticəsində azı 12 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər