Hindistanda 15 nəfər naməlum qızdırmadan ölüb
sizinxeber.az xəbər saytı

Hindistanda 15 nəfər naməlum qızdırmadan ölüb


Hindistanda 15 nəfər naməlum xəstəlikdən dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə sentyabrın 11-də “Hindustan Times” qəzeti məlumat yayıb.

Son səkkiz gün ərzində Qucarat əyalətinin Kutç rayonunda yerləşən Laxpat şəhərində ilkin olaraq pnevmoniya olduğu güman edilən naməlum qızdırma yayılıb.

Sentyabrın 3-dən 7-nə qədər xəstəlik on nəfərin, o cümlədən uşaqların həyatına son qoyub. Nəşr yazır ki, o vaxtdan bəri ekspertlər daha beş ölüm faktını qeydə alıblar.

Ölümün səbəbini müəyyən etmək üçün həkimlər 11 qan nümunəsi götürərək Pune ştatındakı Milli Virusologiya İnstitutuna göndəriblər.

“Nəticələrin bir-iki günə gəlməsi gözlənilir. Bunun məlum virus və ya yeni bir şey olduğunu öyrənmək üçün gözləmək məcburiyyətində qalacağıq”, - deyə “Hindustan Times”dakı məlumatda bildirilir.

Oxşar xəbərlər

Hindistanda tibb işçisinin öldürülməsi ümummilli tətillə nəticələnə bilər
Əfsanəvi futbolçu Zikonun Parisdə 497 min avro pulu oğurlanıb
Hindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Almaniyada naməlum şəxs xəstəxanada bir neçə nəfəri girov götürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle