ABŞ kəşfiyyatı 2024-cü il seçkilərinə heç bir müdaxilə cəhdini qeydə almayıb
Amerika kəşfiyyatı 2024-cü il ABŞ seçkilərinə xaricdən müdaxilə cəhdlərini qeydə almayıb.
“Report” xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Milli Kəşfiyyatı direktorunun ofisinin nümayəndəsi məlumat verib.
Rəsmi şəxs izah edib ki, kəşfiyyat seçkiyə müdaxiləni ABŞ-ın seçki keçirmək qabiliyyətini zəiflətmək və ya pozmaq cəhdləri kimi qəbul edir. Onun iddiasına görə, Rusiya, İran və Çin də daxil olmaqla bir neçə dövlət guya Amerika seçkilərinin nəticələrinə təsir etmək istəyirlər:
“Rusiya, İran və Çin öz maraqları naminə müxtəlif dərəcədə Amerika cəmiyyətində parçalanmaları gücləndirməyə çalışırlar. Kəşfiyyat ictimaiyyəti Rusiyanı builki ABŞ seçkilərinə təsir etmək üçün ən görünən və aktiv xarici təhlükə kimi görməkdə davam edir”.
Oxşar xəbərlər
“SpaceX” ABŞ kəşfiyyatı üçün casus peyklər şəbəkəsi yaradır
İran ABŞ-dən prezident seçkilərinə müdaxiləsinə dair sübut tələb edib
İranlı hakerlər Trampın seçki qərargahına məxsus sənədləri ələ keçirib
İran ABŞ-dən Tehranın prezident seçkilərinə müdaxiləsinə dair sübut tələb edir
Medvedev bildirib ki, Rusiya Amerika seçkilərinə müdaxilə etmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











