ABŞ-ın Ukraynaya yeni yardım paketinə HIMARS raketləri və artilleriya mərmiləri daxildir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
avq
2024
04:50
0
0
2 585
ff

ABŞ-ın Ukraynaya yeni yardım paketinə HIMARS raketləri və artilleriya mərmiləri daxildir

24 avq, 2024
04:50
2 585

ABŞ-ın Ukraynaya yeni yardım paketinə HIMARS raketləri və artilleriya mərmiləri daxildir

ABŞ-ın Ukraynaya yeni yardım paketinə HIMARS yaylım atəşi sistemləri üçün raketlər və artilleriya mərmiləri daxildir.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

Onun bəyanatına görə, Vaşinqton Ukraynaya pilotsuz uçan aparatlar üçün avadanlıq və döyüş sursatları, HIMARS reaktiv yaylım atəşi sistemləri üçün raketlər, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, Javelin, AT4 və “TOW” tank əleyhinə raket sistemləri, eləcə də atıcı silahların sursatları, ehtiyat hissələri və bir sıra avadanlıq göndərəcək. Blinken silahların ümumi dəyərini açıqlamayıb.

Qərb mətbuatının yazdığına görə, ABŞ-ın yeni yardım paketinin dəyəri 125 milyon dollar dəyərində qiymətləndirilə bilər.

Bizimlə əlaqə saxlayın

×
×