Honq-Konqda qasırğa səbəbindən 100-dən çox aviareys ləğv edilib
Honq-Konq hava limanında qasırğa səbəbindən 101 reys təxirə salınıb.
“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bunu hava limanının elektron tablosunun məlumatları göstərir.
Honq-Konq Meteoroloji Rəsədxanası bu il ilk dəfə olaraq şəhər ərazisində fırtına xəbərdarlığı səviyyəsini T8 səviyyəsinə qaldırıb. “South China Morning Post” xəbər verir ki, ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Sakinlərin və turistlərin ərzaq ehtiyatı saxlamaq üçün mağazaları doluşduğu qeyd edilir. Şəhər rəhbərliyi sakinləri yüksək dağlıq əraziləri və sahil zolağını tərk etməyə çağırır.
Meteoroloqların məlumatına görə, qasırğa şəhərdən 330 km cənubda yerləşir və şimal-qərbə doğru irəliləyir. Hazırda küləyin sürəti təxminən 58 m/s təşkil edir.
Oxşar xəbərlər
Yaponiyada qasırğa nəticəsində 336 aviareys təxirə salınıb, 16 nəfər yaralanıb
Yaponiyada qasırğa səbəbindən 630-dan çox aviareys təxirə salınıb
Yaponiyada qasırğa 3 nəfərin ölümünə səbəb olub
Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edildi
ABŞ-də fırtına nəticəsində ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













