Ukraynada mərmi alışında 40 milyon dollardan çox pul oğurlamağa cəhd edilib
Ukrayna Müdafiə Nazirliyinin əsas idarələrindən birinin rəisi artilleriya mərmilərinin alınması zamanı 1,5 milyard qrivna (40 milyon ABŞ dollarından çox - Qeyd) oğurlamağa cəhd etdiyi üçün saxlanılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti teleqram kanalında məlumat yayıb.
Saxlanılan şəxs keçən il topdansatış mərmi partiyasının tədarükü üçün böyük bir müqavilə imzalayıb.
Belə ki, malların vasitəçisiz alınmasının mümkünlüyünə və eyni istehsalçı ilə daha aşağı qiymətə alternativ müqavilənin olmasına baxmayaraq, ilkin müqavilə təsdiqlənib.
Nəticədə xarici vasitəçi şirkətin hesabına 1,5 milyard qrivna köçürülüb ki, bu da birbaşa müqavilənin dəyərindən 30% çoxdur.
Qeyd olunub ki, saxlanılan şəxs vəzifəsindən kənarlaşdırılın, ona qarşı ittiham irəli sürülməsi məsələsi həll edilir. Əgər adı açıqlanmayan şəxsin günahı sübuta yetirilərsə onu 15 ilə qədər həbs cəzası gözləyir.
Oxşar xəbərlər
Paşinyanın yalanı üzə çıxdı: Rusiyadan silahı niyə ala bilməyib? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden 886 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pensiya və maaşlar artırılır - Büdcə layihəsi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden hələ belə danışmamışdı: “Bir milyard üç yüz milyon trilyon milyon dollardan çox...” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə ilə saziş bağlanıb, 275 milyon kubmetr qaz alacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












