Türkiyə ilə saziş bağlanıb, 275 milyon kubmetr qaz alacağıq
Rusiya-Ukrayna müharibəsi nəticəsində əvvəlki marşrutlar pozulduğu üçün Macarıstan indi neft və qaz tədarükü üçün yeni marşrutlar axtarmağa məcburdur.
Axar.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
XİN başçısının sözlərinə görə, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq sayəsində bu sahədə ciddi imkanlar açılır.
“Buna görə də bizim yeni əlaqələrə, yeni təchizat marşrutlarına ehtiyacımız var və türk dövlətləri Şərqlə Qərb arasında körpü olmaq üçün çox yaxşı imkan təqdim edir”, - diplomat vurğulayıb.
Xarici işlər naziri onu da qeyd edib ki, Macarıstan Türkiyə ilə müqavilə imzalayıb və müqaviləyə əsasən, yeni ilin əvvəlində ondan 275 milyon kubmetr qaz alacaq.
Bu il Macarıstan Azərbaycandan 100 milyon kubmetr qaz alıb. Diplomat qeyd edib ki, ölkəsinin Türkmənistan və Qətərdən qaz almaq planları var.
Oxşar xəbərlər
Macarıstan Bolqarıstanı Şengen zonasına buraxdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Azərbaycan ilə Macarıstan arasında uğurlu əməkdaşlıq məmnunluq doğurur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Macarıstan Qarabağ ərazisində keçirilmiş qondarma “seçkilər”i tanımır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvana dəstəyimiz lazımdır: Mirzoyanla görüşəcəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Ukrayna ərazilərini güzəştə getməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












