Ərəb fondları Qazaxıstan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoymağı planlaşdırır
Ərəb Koordinasiya Qrupu (ƏKQ) ilkin mərhələdə Qazaxıstan iqtisadiyyatına yeddi milyard dollar həcmində uzunmüddətli birbaşa investisiyalar etməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilib ki, Astanada İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu, OPEC Beynəlxalq İnkişaf Fondu, Küveyt İqtisadi İnkişaf Fondu və Əbu-Dabi İnkişaf Fondu kimi qurumları birləşdirən Ərəb Koordinasiya Qrupunun dəyirmi masa iclası keçirilib.
“Bu gün biz Qazaxıstan Respublikasında Ərəb Koordinasiya Qrupunun ilk dəyirmi masa iclasını keçirməklə güclü və uzunmüddətli əməkdaşlığa doğru ilk birgə addımı atırıq. Sizin dəstəyiniz və əməkdaşlıq etmək istəyiniz bizim üçün ölkəmizin potensialının tanınması üçün mühüm göstəricidir”, – Qazaxıstan Respublikasının Baş nazirinin müavini - milli iqtisadiyyat naziri Nurlan Baybazarov iclasda qeyd edib.
Məlumata görə, görüşün yekununda tərəflər “dəyirmi masa” iclasının Protokolu, Qazaxıstan Respublikası Hökuməti ilə OPEC Fondu arasında özəl sektorda əməliyyatlara dair Çərçivə Sazişi, Su Təsərrüfatı və Suvarma Nazirliyi ilə İslam İnkişaf Bankı arasında Danışıqlar Protokolu imzalayıblar.
İmzalanan sənədlər gələcək əməkdaşlığın istiqamətlərini və potensial layihələrin siyahısını müəyyən edir.
Oxşar xəbərlər
Səfir: "Qazaxıstan-Azərbaycan İnvestisiya Fondu üçüncü ölkələrdə maraqlı layihələri maliyyələşdirə bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan Rusiyadan 100 milyon dollarla qayıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranın qonşuları ilə ticarət dövriyyəsi 19 milyard dolları ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
EIB Orta Dəhlizə dəstək çərçivəsində bu il Qazaxıstanla sazişlər imzalayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












