Qəzzada 640 min uşaq peyvəd olunacaq
BMT Qəzzada poliomielit virusunun yayılmasının qarşısını almaq 640 min uşağın peyvənd etməyi nəzərdə tutur.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, virusun ikinci variantı Qəzzada sürətlə yayılıb: "Vaksinasiya iki mərhələdə həyata keçiriləcək. On yaşa qədər 640 mindən çox uşaq peyvənd olunacaq. Hədəf ilk mərhələdə uşaqların azı 95 %-ni peyvənd etməkdir".
Qeyd edək ki, poliomielit sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. Qəzzada xəstəliyin yayılması münaqişə səbəbindən təmiz su ehtiyatlarının azalması və çirkab sulardan istifadədir.
Oxşar xəbərlər
Fələstində poliomielitə ilk yoluxma qeydə alınıb
Quterreş dünyanın Qəzzanın cənubunda olanları izlədiyini deyib
Monqolustanda bütün uşaqlar peyvənd olunacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
