ABŞ İsrailə İrandan və bölgədəki müttəfiqlərindən müdafiədə kömək etməyə hazırdır
ABŞ əvvəlki kimi İsraili İran və onun bölgədəki müttəfiqlərinin təhdidi ilə əlaqədar dəstəkləyəcək.
“Report” xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığında bildirib.
"Ostin ABŞ-nin İranın, onun regional tərəfdaşlarının və tabe olan qüvvələrin hər hansı hücumuna qarşı İsrailin müdafiəsinə kömək etmək üçün sarsılmaz öhdəliyini təsdiqlədi", - ABŞ Müdafiə Nazirliyinin açqlamasında deyiir.
Telefon danışığı İsrailin Müdafiə Ordusunun "Hizbullah" hərəkatının ölkənin ərazisinin güclü raket atəşinə hazırlığını qeydə almasından, Livana kütləvi qabaqlayıcı zərbə endirməsindən sonra baş verib.
Öz növbəsində İsrailin müdafiə orqanı bildirib ki, Qalant Ostinə Livana hücumların vəziyyəti barədə məlumat verib.
Oxşar xəbərlər
İsrailin müdafiə naziri: "Əlimizdə olan bütün vasitələrdən istifadə etməyə qərarlıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
