Niderland Qəzza zolağına humanitar yardım üçün əlavə 25 milyon avro ayıracaq
sizinxeber.az xəbər saytı

Niderland Qəzza zolağına humanitar yardım üçün əlavə 25 milyon avro ayıracaq


Niderland Qəzza zolağında mülki şəxslərə humanitar yardım üçün əlavə 25 milyon avro ayırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici ticarət və inkişaf üzrə əməkdaşlıq naziri Ceffri van Leuven Misirə səfəri zamanı deyib.

"Qəzzada vəziyyət ağırdır və ehtiyaclar çox böyükdür. Mənim üç prioritetim tam humanitar yardım, Qəzza xalqı üçün çox ehtiyac duyulan yanacaq və yardım işçilərinin təhlükəsizliyidir", - nazir bildirib.

Ayrılan vəsait qida, su, tibbi xidmət və yanacağa yönəldiləcək. Ümumi məbləğin 15 milyon avrosu Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə, 10 milyon avrosu isə BMT-nin fələstinli qaçqınlara yardım və iş üzrə Yaxın Şərq agentliyinə göndəriləcək.

Oxşar xəbərlər

ABŞ Qarabağdan köçən ermənilər üçün 5 milyon avro ayrıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Ermənistana 50 ton yardım göndərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT TŞ ərəb ölkələrinin Qəzza ilə bağlı qətnaməsinin səsverməsini təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sonsuzadək yardım edə bilmərik - ABŞ [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT rəsmisi: “Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər