BMT rəsmisi: “Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik”
“Son günlər Ermənistan və Azərbaycan arasında baş verənləri yaxından izləyirik. Diqqətimiz mümkün humanitar yardım üzərindədir”. “Report” xəbər verir ki, bunları BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib. Sözçü əlavə edib ki, BMT ehtiyac duyulduğu halda hər iki tərəfə humanitar yardım göstərməyə hazırdır. “İki ölkə arasında son günlər baş verənlərlə bağlı onu deyə bilərəm ki, hazırda diqqətimiz mümkün humanitar yardım üzərindədir. BMT-nin həm Azərbaycanda, həm də Ermənistanda missiyaları fəaliyyət göstərir və bölgədəki əməkdaşlarımız hər iki ölkə ilə yaxından işləyirlər. Onlar istənilən yardım səylərini dəstəkləməyə hazırdırlar. Ehtiyac duyulduğu halda hər hansı bir hissəyə diqqət yetirməyə hazırıq. BMT humanitar ehtiyacların qiymətləndirilməsini aparmağa və zərər çəkmiş insanlara yardım göstərməyə hazırdır”, - o əlavə edib.
Oxşar xəbərlər
Niderland Qəzza zolağına humanitar yardım üçün əlavə 25 milyon avro ayıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran Ermənistana 50 ton yardım göndərir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərb terroristlərə uçuş təlimləri verir - Yaşar Gülər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sonsuzadək yardım edə bilmərik - ABŞ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Əbdülfəttah əs-Sisi ilə Qəzzaya humanitar yardım məsələsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












