KİV: Netanyahu Britaniya XİN başçısı ilə görüşdən imtina edib
sizinxeber.az xəbər saytı

KİV: Netanyahu Britaniya XİN başçısı ilə görüşdən imtina edib


İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşməkdən imtina edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, buna səbəb rəsmi Londonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahunun həbsinə dair orderi ilə bağlı mövqeyinin dəyişməsi olub.

Qeyd edilir ki, Netanyahu Britaniya hökumətinin belə mövqe tutmasından inciyib və buna görə də keçən həftənin sonunda İsrailə səfəri zamanı Lemmi ilə görüşməyib.

Xatırladaq ki, iyulun sonunda Britaniya hökuməti BCM-in Netanyahunun həbsinə order vermək üçün yurisdiksiyasına etiraz etməkdən imtina edib.

Oxşar xəbərlər

Britaniya BCM-in Netanyahunun həbsinə order verməsinə etiraz etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Britaniyanın yeni hökuməti Netanyahunun həbsinə dair BCM-ə verdiyi etirazını geri götürəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Baş naziri Trampla görüşmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya XİN və MN rəhbərləri Qətərə səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və Böyük Britaniya XİN rəhbərləri arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər