Qırğızıstan bayrağına dəyişiklik edilib
Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib.
“Sizinxeber.az” bu barədə TASS-a istinadən xəbər verir.
Dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib. İndi bayrağın dalğalı şüaları əvəzinə düz şüaları var. Bu təşəbbüsü ölkə Prezidenti Sadır Japarov irəli sürüb.
“Bəlkə bayrağımızın görünüşünə yenidən baxmağın vaxtı çatıb. Bu təcrübə dünyanın bir çox ölkələrində var”, - deyə Prezident respublika müşavirəsində bildirib. O əlavə edib ki, "əvvəllər cəmiyyətdə respublikanın bayrağının günəbaxan kimi görünməsi ilə bağlı fikir var idi. Hətta bəzən gələn xarici qonaqlar belə deyirdilər ki, bu halda respublikada yəqin ki, çoxlu günəbaxan yetişir".
Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış edib.
Dekabrın ortalarında isə Qırğızıstan Prezidenti Sadır Japarov bildirmişdi ki, spikerə bayrağın dəyişdirilməsini məhz onun özü təklif edib.
Oxşar xəbərlər
Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasında münasibətlər görünməmiş səviyyəyə çatıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: "Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 16 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













