Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasında münasibətlər görünməmiş səviyyəyə çatıb”
sizinxeber.az xəbər saytı

Sadır Japarov: “Qırğızıstanla Azərbaycan arasında münasibətlər görünməmiş səviyyəyə çatıb”


“Son illər Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlər misli görünməmiş səviyyəyə çatıb”.

“Report” xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

Xatırladıb ki, Prezident İlham Əliyevin ötən ilin oktyabrında Qırğızıstana dövlət səfəri zamanı Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradılıb. Hazırda təşkilati, hüquqi və maliyyə məsələlərinin yekunlaşdırılması istiqamətində işlər aparılır.

Qeyd olunub ki, bu kontekstdə Qırğızıstan Prezidenti səlahiyyətli orqanlara Fondun fəaliyyətinin başlanmasını sürətləndirməyi və hər iki tərəfin maraqlandığı layihələrin icrasına başlamağı təklif edib.

Bildirilir ki, danışıqlar zamanı iki ölkə liderləri Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsinə dair niyyətlərini təsdiqləyiblər.

Oxşar xəbərlər

Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tokayev: “Qazaxıstanla Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin vitse-prezidenti: "Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla İran arasında regional nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlər aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astanada Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüşü olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər