Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”
sizinxeber.az xəbər saytı

Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”


“Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

Ölkələrimiz arasında birgə sərmayə fondlarının yaradılması prosesinin başlandığını vurğulayan dövlətimizin başçısı bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu təsis olunub.

“2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2023-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan öz nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “TDT ölkələri arasında təhlükəsizlik, müdafiə kimi sahələrdə əməkdaşlıq artmalıdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “Azərbaycan Şərq-Qərb Nəqliyyat Dəhlizinin dayanıqlı fəaliyyətinə dəyərli töhfəsini verir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: “İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il 2,4 milyard dollar ayrılacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər