Meksikada Qadınlarla İş üzrə Nazirlik yaradılacaq
Meksikada Qadınlarla İş üzrə Nazirlik yaradılacaq, yeni qurum Qadın işləri üzrə Milli İnstitutun bazasında təsis ediləcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Meksikanın yeni seçilmiş Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında bildirib.
“Fikirləri dərindən təhlil etdikdən sonra Qadın İşləri İnstitutundan Nazirlik yaratmaq qərarına gəldim. Qadın İşləri üzrə Nazirliyin rəhbəri Sitlali Hernandez Mora olacaq", - Şeynbaum yaradılan idarənin rəhbərini təqdim edib.
Sitlali Hernandez hazırda hakim Milli Dirçəliş Hərəkatının ("Morena") baş katibi, həmçinin Mexiko şəhərindən senatordur. O, bundan əlavə, dünyanın hər yerindən qadınları, fəalları və solçu siyasətçiləri bir araya gətirən beynəlxalq feminist təşkilatı “Internacional feminista”nı yaratması ilə məşhurdur.
Nazirlik oktyabrın 1-də, Klaudia Şeynbaum dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra fəaliyyət göstərəcək. O, bu vəzifədə ölkə tarixində ilk qadın Prezident olacaq.
Oxşar xəbərlər
Meksika tarixində ilk dəfə qadın prezident ola bilər
Meksikada prezident seçkilərində Klaudiya Şeynbaumun qələbəsi təsdiqlənib
"Qadının işi yemək bişirməkdir" - Video
Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir
Meksika COP29-da iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












