Meksika tarixində ilk dəfə qadın prezident ola bilər
sizinxeber.az xəbər saytı

Meksika tarixində ilk dəfə qadın prezident ola bilər


Meksikanın hakim Morena partiyasının namizədi Klaudiya Şeynbaum, exit-poll nəticələrinə görə, ölkədə keçirilən prezident seçkilərində inamlı liderdir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə hərəkatın sədri Mario Delqado bildirib.

“Biz ölkəmiz, Latın Amerikası və dünya üçün tarixi əhəmiyyətli məqamda yaşayırıq. Klaudiya Şeynbaum Meksika və Şimali Amerika tarixində ilk qadın prezident olacaq”,- deyə o əlavə edib.

Prezidentliyə əsas namizədlər hakim Morena partiyasından Klaudiya Şeynbaum və müxalifət koalisiyasından Soçitl Qalvezdir.

Qeyd edək ki, Meksikada ümumi seçkilər keçirilib. Meksikalılar ölkənin yeni prezidentini, Konqresin aşağı palatasında 500 yer və 128 senatoru seçiblər. Regional səviyyədə səkkiz qubernator yerlərinin və Mexiko merinin taleyi müəyyənləşəcək.

Seçici siyahılarında 98,3 milyondan çox insan var. Bu qədər insanın asanlıqla səs verməsini təmin etmək üçün seçki komissiyası 170 mindən çox seçki məntəqəsinin açılmasına razılıq verib.

Oxşar xəbərlər

Azad olunmuş ərazilərdə seçici fəallığı AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vlada Qalan: "Əvvəlki illərlə müqayisədə bu seçkilərdə iştirak daha yüksək idi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Oracle Advisory Group”: "İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Exit-poll”: Putin Rusiyada prezident seçkilərində 87 % səs alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Exit-poll”: İlham Əliyev 93.9 faiz səslə liderdir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər