Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir
sizinxeber.az xəbər saytı

Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir


Azərbaycanda Məişət Zorakılığının Qarşısının Alınması üçün mötəbər məlumat bazasının formalaşdırılması, profilaktiki məzmunu önə çəkmək üçün bir sıra ölkələrdəki kimi “Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəz” yaradılması təklif olunur.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O həmçinin Böyük Qayıdış Strategiyasının reallaşdırılması ilə bağlı azad olunmuş ərazilərdə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramının qəbul edilməsini təklif edib.

“Dünya praktikası göstərir ki, profilaktika qanunları cinayət və inzibati məcəllələrin ayrı-ayrı maddələrindən daha səmərəlidir. İcbari tibbi sığorta proqramları çərçivəsində qadın və uşaqların səhiyyə əlçatanlığı paketinin gücləndirilməsi zəruridir. Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün işçi qrup yaratmaq, tərkibini formalaşdırmaq olar”, - deyə o əlavə edib.

Oxşar xəbərlər

Dövlət Komitəsi: “İnternata göndərilən uşaqların sayı artıb"
Göyçayda məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Milli Məclis Dövlət Komitəsinin illik məlumatını təsdiqləyib - YENİLƏNİB
Dövlət Komitəsinin sədri boşanmaların əsas səbəbini açıqlayıb
BMT Azərbaycanda kişilərə 14 günlük ödənişli atalıq məzuniyyəti verilməsinin qanunvericiliyə salınmasını təklif edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər