Nigeriya meymunçiçəyinin yayılma təhlükəsinin maksimum olduğunu bildirib
Nigeriya hakimiyyəti ölkədə meymunçiçəyi virusunun yayılması təhlükəsinin maksimum olduğunu bəyan edib.
“Sizinxeber.az” bu barədə “Afrika24” telekanalına istinadən xəbər verir.
Nigeriyanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin rəhbəri Jide İdris bildirib ki, ölkədə artıq 36 ştatdan 33-də 39 təsdiqlənmiş meymunçiçəyinə yoluxma qeydə alınıb. Hələlik ölən yoxdur. Hakimiyyət epidemioloji vəziyyətə gücləndirilmiş nəzarətə keçir və virusun yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərlə təmasda olanları müəyyənləşdirir. Yeni yoluxma hallarının vaxtında və erkən aşkarlanması üçün tədbirlər görülür, peyvənd planları tərtib edilir.
Hazırkı meymunçiçəyi epidemiyası Konqo Demokratik Respublikasında başlayıb və Afrikanın 17 ölkəsinə yayılıb. Ümumilikdə 38 min yoluxma halı qeydə alınıb, 1,4 min nəfər ölüb. Afrikanın 5 ölkəsi - Burundi, Konqo Demokratik Respublikası, Keniya, Ruanda və Uqanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi, meymunçiçəyinin yayılmasına qarşı xüsusi tədbirlərin görülməsi tövsiyə olunan ölkələr siyahısına daxil edilib.
Oxşar xəbərlər
Nigeriyada meymunçiçəyi virusuna 39 yoluxma halı qeydə alınıb
Avstraliyada meymunçiçəyinə yoluxma halları kəskin artıb
Konqoda bu il 15 mindən çox insan meymunçiçəyinə yoluxub
Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb
Azərbaycana meymunçiçəyi testləri və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












