“Bloomberg”: İran Hayfa ətrafındakı infrastruktura hücum edə bilər
sizinxeber.az xəbər saytı

“Bloomberg”: İran Hayfa ətrafındakı infrastruktura hücum edə bilər


İran və ya bir sıra iranpərəst qruplar İsrail vətəndaşları arasında itkilərin qarşısını almaq üçün Hayfa şəhəri yaxınlığındakı infrastruktura zərbələr endirə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətlinə verilən cavablardan biri də İsrailin Hayfa şəhəri ətrafındakı infrastruktura hücum ola bilər ki, bu da mülki əhali arasında itkilərə səbəb olmayacaq.

Qeyd edilir ki, mülki itkilər İsrailin dağıdıcı reaksiyasına səbəb ola bilər.

"Daha böyük zərbə, ehtimal ki, İsrailin nüvə reaktoru və hərbi obyektlərini əhatə edə bilər", - agentlik bildirib.

Mənbələr İranın “dağıdıcı kiberhücum” həyata keçirəcəyini də istisna etmir.

Oxşar xəbərlər

KİV: İran bir neçə gün ərzində İsrailə hücum edə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İran İsrailə qarşı genişmiqyaslı hücum qərarına yenidən baxa bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahu: İsrail həm müdafiə olunmağa, həm də hücum etməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin Baş katibi İsrailin Yəmənə hava hücumundan narahatlığını ifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
CNN: “Hizbullah” İrandan asılı olmayaraq İsrailə zərbələr endirən bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər