Britaniyada polislə toqquşma zamanı yüz nəfər saxlanılıb
Böyük Britaniyanın Roterem şəhərində ifrat sağçılarla polis arasında baş verən toqquşmada yüz etirazçı saxlanılıb, hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb.
Bu barədə “Report” “The Guardian”a istinadən xəbər verir.
Qeyd olunub ki, nümayişçilər Roterem şəhərində miqrantların olduğu ehtimal edilən “Holiday Inn Express” otelin qarşısında toplaşıblar.
İfrat sağçıların etirazına cavab olaraq yüzə yaxın insan miqrantların qovulmasının tərəfdarları ilə üzbəüz dayanaraq faşizmə qarşı mitinq keçirib. Lakin ifrat sağçıların polislə toqquşmasından sonra hadisə yerini tərk ediblər.
Etirazların fonunda İngiltərə və Şimali İrlandiyada, o cümlədən London, Hartlepul, Bristol, Belfast, Soutport, Hall, Stok-on-Trent və Liverpul şəhərlərində həbslər aparılıb.
Həbs olunların daha çox olacağı gözlənilir. Çünki, polis aksiyanın keçirildiyi ərazilərin müşahidə kameralarının görüntülərini öyrənir. Saxlanılanlardan bəzilərinə artıq cinayət işi açılıb.
Xatırladaq ki, aksiyaların keçirilməsinə səbəb iyulun 29-da Soutport şəhərində 17 yaşlı gəncin bıçaqla uşaqlara hücum etməsidir. Hücumda 3 uşaq ölüb, bir neçəsi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisəni törədən yeniyetmənin miqrant olması bir çox şəhərlərdə kütləvi aksiyaların baş tutması ilə nəticələnib.
Oxşar xəbərlər
Britaniyada miqrantlara qarşı etiraz aksiyaları davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Britaniyada iğtişaşlar zamanı onlarla insan saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyada kişi 8 nəfəri bıçaqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada iğtişaşlar zamanı 9 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












