

Böyük Britaniyada iğtişaşlar zamanı onlarla insan saxlanılıb
Şənbə günü Böyük Britaniyanın bir çox şəhərində keçirilən anti-immiqrant etirazları zamanı onlarla insan saxlanılıb.
Sizinxeber.az xəbər verir ki, Britaniya mediası Sautportda 3 uşağın öldürülməsindən sonra ifrat sağçı qüvvələrin təşkil etdiyi etiraz aksiyalarının bir çox yerdə polislə toqquşma və talanlarla başa çatdığını yazıb.
Polisin yaydığı məlumata görə Lankaşirdə 20, Staffordşirdə 10, Liverpulda 6, Kinqston-apon-Hallda 4, Harlepulda isə 11 və 14 yaşlı iki yeniyetmə, zorakılıq tətbiq etdikləri üçün saxlanılıb .
İğtişaşların axşam saatlarına qədər davam etdiyi Bristolda çoxlu etirazçının həbs edildiyi bildirilir. Belə aksiyalarda polis adətən müşahidə kameralarından istifadə edir və sonrakı günlərdə həbslərin sayı artır.
“Sky News”un yaydığı görüntülərə görə, Mançesterdəki etirazlar zamanı bir qrup şəxs ərzaq mağazasını, Liverpulda isə mobil telefon mağazası da daxil olmaqla daha bir neçə satış məntəqəsini qarət edib. Belfastda avtomobil və kafe yandırılıb, Kinqston-apon-Hallda isə bir neçə mağazanın şüşələri sındırılıb.
Oxşar xəbərlər
İran Təhlükəsizlik Xidmətinin onlarla əməkdaşı Haniyənin qətlinə görə saxlanılıb
Rusiya səfiri Böyük Britaniya XİN-ə çağırılıb
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
İmişlidə ov edən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
