Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib
Böyük Britaniyada miqrant axınına qarşı etirazlar zamanı baş verən iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Sky News” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, etirazlar bir gün əvvəl Bristol, Lids, Sanderland və Blekpul, həmçinin Stok-on-Trent, Mançester və Hallda keçirilib. Ancaq telekanalın məlumatına görə, ən şiddətli toqquşmalar Liverpulda baş verib, burada iki polis əməkdaşı çənə və burun sınığı ilə xəstəxanaya aparılıb.
Liverpulun yerləşdiyi Mersisayd qraflığının polisi, etirazçıların polislərə hücum etdiyini və kərpic və şüşə də daxil olmaqla müxtəlif əşyalar atdıqlarını, polis qalxanlarını yıxmağa çalışdıqlarını bildirib.
Xatırladaq ki, etirazlar iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubanın uşaq rəqs seminarı zamanı bıçaqla hücum etdiyi İngiltərənin Sautport şəhərindəki qanlı hadisə fonunda baş verir. İnsanlar qanunsuz mühacirlərin axınına qarşı çıxırlar, çünki bəzi məlumatlara görə cinayətkar miqrant idi.
Oxşar xəbərlər
Böyük Britaniyada iğtişaşlar zamanı onlarla insan saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyada kişi 8 nəfəri bıçaqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelanın paytaxtında etirazlar zamanı atəş səsləri eşidilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqladeşdə tələbə etirazları yenidən başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuelada etirazlar zamanı təxminən 750 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












