Britaniyada miqrantlara qarşı etiraz aksiyaları davam edir
sizinxeber.az xəbər saytı

Britaniyada miqrantlara qarşı etiraz aksiyaları davam edir


Böyük Britaniyada qeyri-leqal miqrantlara qarşı etiraz aksiyaları davam edir.

APA-nın “Guardian” nəşrinə istinadən verdiyi xəbərə görə, Roterem şəhərində miqrantların olduğu ehtimal edilən “Holiday Inn Express” oteli hədəfə çevrilib.

Bir qrup maskalı şəxs yanan zibil qabını binaya yuvarlayıb, otelin qarşısındakı polislərə müxtəlif predmetlər atıblar.

“Sky News” telekanalı ən azı 1 polis əməkdaşının yaralandığı barədə məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl ölkəni əhatə edən etiraz aksiyaları ilə bağlı 90-dan çox insanın saxlanıldığı açıqlanmışdı.

Xatırladaq ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı gənc bıçaqla uşaqlara hücum edib. Nəticədə 3 uşaq ölüb, bir neçə uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən yeniyetmə polis tərəfindən saxlanılıb. Hadisəni törədən yeniyetmənin miqant olması barədə təsdiqini tapmamış məlumat fonunda Sautport, London və digər şəhərlərdə kütləvi aksiyalar başlayıb, polislə toqquşmalar olub.

Oxşar xəbərlər

Böyük Britaniyada iğtişaşlar zamanı onlarla insan saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada fermerlər sərgiyə gələn Makrona etiraz ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Venesuela etiraz aksiyalarının tamamilə yatırıldığını elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər