ABŞ Livanı tərk etmək istəyən vətəndaşlarını biletlə təmin edəcək
ABŞ-nin Beyrutdakı səfirliyi amerikalıları istənilən uçuşla Livanı tərk etməyə, qalmağa qərar verənləri isə fövqəladə vəziyyət üçün fəaliyyət planı hazırlamağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Livandakı diplomatik missiyasının yaydığı qeyd olunub.
Səfirliyin bildirişində bir çox aviaşirkətin Beyruta uçuşları dayandırdığı və ya ləğv etdiyi, həmçinin bir çox reyslər üçün biletlərin tükəndiyi diqqətə çatdırılıb.
Bununla belə, səfirlik vətəndaşları “reys dərhal yola düşməsə və ya seçdikləri marşrutla getməsə belə, əlçatan istənilən bileti bron etməyə” çağırıb. Vurğulanıb ki, bilet almaq üçün pulu olmayanlar maliyyə yardımı üçün səfirliyə müraciət edə bilərlər.
Livanda qalmağa qərar verənlərə isə “fövqəladə vəziyyət üçün fəaliyyət plana” malik olmaq və “uzun müddət olduğu yerdə sığınmağa hazır olmaq” tövsiyə olunub.
Xatırladaq ki, son bir neçə gündə İsrail ilə Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı qarşılıqlı hücumlar olub. Belə ki, iyulun 27-də axşam saatlarında İsrailin nəzarətində olan Colan təpələrinin atəşə tutulması nəticəsində 12 nəfər – 10-16 yaş arası yeniyetmələr həlak olub. İsrail rəsmiləri hücumda “Hizbullah”ı suçlayıb və qrupun “bütün qırmızı xətləri keçdiyini” vurğulayıb.
“Reuters”ə görə, “Hizbullah” “yüksək hazırlıq vəziyyətindədir” və mümkün İsrail hücumu halında Livanın cənubundakı bəzi əsas obyektləri “təmizləyib”.
Oxşar xəbərlər
Fransa XİN öz vətəndaşlarını İranı tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransa öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyadan vətəndaşlara xəbərdarlıq: İranı tərk edin! [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsveç Beyrutdakı səfirliyini müvəqqəti olaraq bağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT-nin baş katibi Yaxın Şərqdə gərginliyi azaltmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












