Ağ Ev Tramp-Zelenski görüşündə iştirak edəcək nümayəndə heyətlərinin adlarını açıqlayıb
ABŞ dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçilər Stiv Vitkoff və Keyt Kelloq Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında Vaşinqtonda keçiriləcək danışıqlarda iştirak edəcək.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə BBC mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, onlara Ağ Evin aparat rəhbəri Syuzan Uayls da qoşulacaq.
Zelenskini səfərdə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov müşayiət edəcək.
Avropa Komissiyasının təqviminə əsasən, Zelenski hazırda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa liderləri ilə hazırlıq görüşü keçirir.
Bundan əvvəl Zelenski ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla da danışıqlar aparıb.
Oxşar xəbərlər
Rubio, Vens, Vitkoff və Kelloq Zelenski-Trump danışıqlarına qoşulacaqlar
Zelenski Vaşinqtonda Kelloqla görüşüb
Zelenski Vaşinqtonda Trampla görüşdən əvvəl Qərb liderləri ilə danışır
AK Prezidenti Tramp-Zelenski görüşündə iştirak etmək niyyətindədir
Zelenski İstanbul görüşündə iştirak edəcək Ukrayna heyətinin tərkibini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













