Tramp müttəfiqləri ilə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə edib
sizinxeber.az xəbər saytı

Tramp müttəfiqləri ilə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə edib


ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqləri ilə Ukrayna üçün NATO prinsipləri əsasında təhlükəsizlik zəmanətlərini müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər avropalı rəsmiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Trampla danışıqların bir hissəsi sülh sazişinin imzalanacağı halda Avropa və ABŞ-nin dəstəyi ilə Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi prinsipi əsasında Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı olub.

Eyni zamanda avropalı rəsmi bildirib ki, NATO zəmanətlərə cəlb edilməyəcək. Təklifin dəqiq detalları məlum deyil və bu zəmanətlərin necə həyata keçiriləcəyi aydın deyil.

Oxşar xəbərlər

Tramp: ABŞ-nin NATO müttəfiqləri Amerika silahlarının Ukrayna üçün əvəzini ödəyəcəklər
Zelenski: Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləyir
NATO-nun Baş katibi Trampla görüşüb
NATO Baş katibi alyans ölkələrini Ukrayna üçün daha çox ABŞ silahı almağa çağırıb
NYT: Avropa Kiyevin NATO-ya üzv olmaq imkanını saxlamaqda israrlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər