sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Fransa XİN: Alyaskadakı sammit atəşkəs və danışıqların başlanmasına gətirib çıxarmalıdır
Fransanın xarici işlər naziri Jan-Noel Barro Ukraynada sülhə nail olunması istiqamətində səyləri dəstəklədiyini bildirib və qarşıdan gələn Alyaska sammitinin atəşkəsə aparan yolda dönüş nöqtəsi olacağına ümidvar olduğunu deyib.
“Sizinxeber.az” xəbər verir ki, o, bunu “X” hesabında yazıb.
"Bu gün mən avropalı həmkarlarımla birlikdə Xarici İşlər Şurasının fövqəladə iclasında iştirak etdim. Biz Ukraynanı dəstəkləyir, ədalətli və davamlı sülhə can atırıq", - nazir vurğulayıb.
Barronun sözlərinə görə, avqustun 15-də Alyaskada ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək görüş atəşkəsə gətirib çıxarmalıdır.
Oxşar xəbərlər
Fransa XİN Ukraynada təklif olunan bir aylıq atəşkəsin məqsədini açıqlayıb
Tramp Ukraynada atəşkəs əldə olunmayacağı təqdirdə sanksiyalarla hədələyib
G7 XİN başçılarının iclasında Ukraynada atəşkəs müzakirə ediləcək
Zaxarova: Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
Çin XİN: Pekin Rusiya və Ukrayna arasında birbaşa dialoqu dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













