sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yaponiyada Xirosima atom bombası qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib
Yaponiya sakinləri 80 il əvvəl Xirosimaya atom bombası atılması qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
"Sizinxeber.az"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, faciənin ildönümü ilə bağlı əsas mərasim Xirosimanın mərkəzindəki Sülh Memorial Parkında keçirilib.
Ənənəvi olaraq zəngin çalınması ilə qeyd olunan sükut dəqiqəsi yerli vaxtla saat 08:15-də (Bakı vaxtı ilə 03:15) - 1945-ci il avqustun 6-da bombanın partladığı an elan edilib. Bundan sonra Xirosimanın meri Kadzumi Matsui dünyanı nüvə silahından imtina etməyə çağıran bəyannamə oxuyacaq. Daha sonra Baş nazir Şiqeru İsiba çıxış edəcək.
Oxşar xəbərlər
Xirosima meri qlobal silahlanmanı pisləyib
Kişida Naqasaki və Xirosima qurbanlarını anma mərasimində ABŞ-ın atom bombası atması faktına toxunmayıb
Tokio Trampın İran zərbələrini atom bombası ilə müqayisə etməsinə cavab verib
KİV: İran 4 atom bombası yaratmaq üçün uran ehtiyatlarını artıra bilər
KİV: ABŞ-nin İrana zərbələri Tehranı atom bombası yaratmağa sövq edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











