Tokio Trampın İran zərbələrini atom bombası ilə müqayisə etməsinə cavab verib
sizinxeber.az xəbər saytı

Tokio Trampın İran zərbələrini atom bombası ilə müqayisə etməsinə cavab verib


Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi ABŞ prezidenti Donald Trampın Amerikanın İrandakı nüvə obyektlərinə zərbələrini İkinci dünya müharibəsi zamanı Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombası atması ilə müqayisə edən bəyanatlarını şərh edib.

“Sizinxeber.az” xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin baş katibinin növbəti mətbuat konfransında jurnalistlər tərəfindən qaldırılıb.

“Donald Trampın dediyi açıqlamalardan xəbərdarıq. O ki qaldı hadisələrin bu cür qiymətləndirilməsi ilə bağlı fikrimizə. Hesab edirik ki, müəyyən tarixi hadisələrin necə qiymətləndirilməsi ilə bağlı müzakirələr ekspertlər tərəfindən aparılmalıdır”, - deyə o qeyd edib.

Hayaşi qeyd edib ki, Xirosima və Naqasakinin bombalanması nəticəsində çoxlu sayda insan həyatını itirib, iztirablara səbəb olan xəstəliklər və acınacaqlı humanitar vəziyyət yaranıb.

Oxşar xəbərlər

Kişida Naqasaki və Xirosima qurbanlarını anma mərasimində ABŞ-ın atom bombası atması faktına toxunmayıb
Tramp İrana endirdikləri zərbələri Xirosima və Naqasaki ilə müqayisə edib
KİV: ABŞ-nin İrana zərbələri Tehranı atom bombası yaratmağa sövq edə bilər
Yaponiya Çin təyyarəsinin hava məkanını pozmasını təhlükəsizliyinə təhdid kimi qiymətləndirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər