KİV: İsrailin Təhlükəsizlik Kabineti bütün Qəzzanın hərbi yolla ələ keçirilməsini müzakirə edəcək
İsrailin Təhlükəsizlik Kabineti girovların saxlanıla biləcəyi ərazilər də daxil olmaqla, bütün Qəzza zolağının tamamilə hərbi nəzarətə alınmasını müzakirə etmək üçün avqustun 7-də toplanacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Jerusalem Post” mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Baş nazir Binyamin Netanyahunun müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Eyal Zamirlə keçirdiyi qapalı görüşdən sonra Təhlükəsizlik Kabinetinin çağırılması barədə qərar qəbul edilib. Baş nazirin Dəftərxanası çərşənbə axşamı, təxminən üç saat davam edən görüşdə Zamirin Qəzza zolağında gələcək fəaliyyət variantlarını təqdim olunduğunu bildirərək, ordunun hərbi-siyasi kabinetin qəbul etdiyi istənilən qərarı həyata keçirməyə tam hazır olduğunu açıqlayıb.
Oxşar xəbərlər
Netanyahu Qəzza ilə bağlı üç saatlıq görüş keçirib
İsrail Təhlükəsizlik Kabineti Qəzza razılaşmasının təsdiqi üçün toplanacaq
Netanyahu İsrailin hərbi-siyasi kabinetinin fövqəladə iclasını çağırıb
İsrailin yeni müdafiə naziri əsas vəzifələrini açıqlayıb
Netanyahu İsrail rəsmilərinə Dohaya getməyi tapşırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













