Yəmən sahillərində qayığın batması nəticəsində ölən miqrantların sayı 86-ya çatıb
Ədən körfəzində Yəmən sahillərində qayığın batması nəticəsində ölən afrikalı miqrantların sayı 86-ya yüksəlib.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Yəmən mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, qayıqda Afrika ölkələrindən olan 170 miqrant olub, onlardan 42-si xilas edilib.
Daha əvvəl insident nəticəsində 76 nəfərin öldüyü bidirilirdi.
“Bab News” portalının məlumatına görə, avqustun 3-də səhər saatlarında Yəmənin cənubundakı Abyan əyalətinin sahillərində oromo xalqından (Şərqi Afrikanın ən böyük etnik qrupudur, əsasən Efiopiya və Keniyada yaşayırlar) olan onlarla qeyri-qanuni miqrantın cəsədi tapılıb. Ehtimal edilir ki, onlar Afrikadan gələn və pis hava şəraitinə görə batan qaçaqmalçılıq gəmisinin göyərtəsində olublar.
Oxşar xəbərlər
Nikaraqua sahillərində miqrantların olduğu qayığın batması nəticəsində 5 nəfər ölüb
Tunis sahillərində qayığın batması nəticəsində 27 miqrant ölüb
Cibuti sahillərində iki miqrant qayığı batıb, 45 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Göygöl rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var
-
Nigeriyada vəba epidemiyası 37 nəfərin həyatına son qoyub
