sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tailand Kamboca liderlərinə qarşı sui-qəsd cəhdində ittiham edilib
Kamboca kəşfiyyatı hesab edir ki, Tailand Kambocanın Baş naziri Hun Manet və Asiya ölkəsinin Senatının (parlamentin yuxarı palatasının) sədri Hun Senə qarşı sui-qəsd planlaşdıra bilər.
"Report" xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Onların məlumatına görə, Banqkok hər iki Kamboca liderinə dəqiq zərbələr endirmək üçün AT-6TH yüngül hücum təyyarələrindən istifadə etməyi planlaşdırır.
Öz növbəsində, Tailand Xarici İşlər Nazirliyi (XİN) Banqkokun Kamboca liderlərinə qarşı sui-qəsd planlaşdırdığı iddialarını təkzib edib.
"Xarici İşlər Nazirliyi bu əsassız iddiaları qəti şəkildə rədd edir", - nazirliyin bəyanatında deyilir.
Oxşar xəbərlər
Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər
Kamboca Müdafiə Nazirliyi: Tailand ölkənin dərinliklərinə hücumu genişləndirir
Tailand və Kamboca atəşkəsə razılaşıb
Malayziyada Tailand və Kamboca arasında atəşkəs danışıqları başlayıb
Tailand Kamboca ilə atəşkəs razılaşmasını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













