sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Konqresdə demokratlar Tramp administrasiyasını Fələstin dövlətini tanımağa çağırıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının 10-dan çox demokrat üzvü Donald Tramp administrasiyasını Fələstin dövlətini tanımağa çağırıb.
“Report” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Portalın məlumatına görə, bu təşəbbüs Qəzza zolağında kəskinləşən humanitar böhrana cavab olaraq irəli sürülüb.
Məktubu imzalayanlardan biri, Texasdan olan konqresmen Al Qrin isə konqresə Fələstinin dövlətçilik hüququnu dəstəkləyən qətnamə təqdim etməyi planlaşdırır.
Konqresmenlər Tramp və dövlət katibi Marko Rubioya ünvanlanan məktubda Fransa Prezidenti Emmanuel Makronun Fələstini tanımaq vədini xüsusilə xatırladıblar.
Oxşar xəbərlər
ABŞ Makronun Fələstini tanımaq təşəbbüsünü rədd edib
Tramp: Makronun Fələstinlə bağlı açıqlamasının heç bir əhəmiyyəti yoxdur
Fransa Fələstin dövlətini tanımaq niyyətindədir
İsrail Starmerin Fələstini tanımaq planlarına dair iddiasını rədd edib
Fransa Fələstin dövlətini rəsmən tanıyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











