Altı ölkə Qəzzaya humanitar yardım göndərib
İsrail Müdafiə Qüvvələri (İMQ) bir sıra beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə Qəzza zolağında humanitar əməliyyatın davam etdirildiyini açıqlayıb.
Bu barədə “Sizinxeber.az” ordunun mətbuat xidmətinə istinadən xəbər verir.
Bəyanatda deyilir ki, siyasi rəhbərliyin göstərişləri çərçivəsində və Ərazilərdə Hökumətin Fəaliyyətinin Koordinasiyası Ofisinin (COGAT) iştirakı ilə regionda humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Son saatlarda altı ölkə, o cümlədən bu cür əməliyyatlarda ilk dəfə iştirak edən Kanada havadan Qəzza sakinləri üçün 120 paket ərzaq yardımı atıb. Əməliyyatda həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Misir, Almaniya və Belçika da iştirak edib.
Oxşar xəbərlər
Beş ölkə Qəzzaya havadan humanitar yardım çatdırıb
Qətər Qəzza zolağına 49 yük maşını humanitar yardım göndərib
Britaniya Qəzzaya humanitar yardım göndərəcək
ABŞ İsraildən Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görməsini tələb edir
Misir atəşkəsin başlanğıcından Qəzzaya 5 min humanitar yardım yüklü maşın göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













