Britaniya Qəzzaya humanitar yardım göndərəcək
Böyük Britaniya Qəzza zolağına humanitar yardımın çatdırılması üçün beynəlxalq proqramlarda iştirak etməyi planlaşdırır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı deyib.
Baş nazir Böyük Britaniyanın humanitar yardımı havadan göndərmək və tibbi yardıma ehtiyacı olan uşaqları təxliyə etmək üçün İordaniya kimi tərəfdaşlarla işləmək planlarını açıqlayıb.
Planın təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edilir ki, üç ölkənin liderləri Qəzza və Ukraynadakı vəziyyəti müzakirə ediblər. Starmer, Makron və Merts İranın nüvə proqramına da toxunublar, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməsə və diplomatik danışıqlara qayıtmasa, sanksiyaların avqustun sonunda bərpa ediləcəyi ilə bağlı razılığa gəliblər.
Oxşar xəbərlər
Starmer, Merts və Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Starmer Tramp, Makron, Merts və Meloni ilə Ukraynanı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Merts Makron və Starmerlə Yaxın Şərq üzrə siyasi kursu müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliya, Böyük Britaniya, Almaniya və Fransa liderləri Trampla Ukrayna məsələsini müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













