Hindistanda avtomobilin çaya aşması nəticəsində 11 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Hindistanda avtomobilin çaya aşması nəticəsində 11 nəfər ölüb


Hindistanın şimalındakı Uttar-Pradeş ştatında yolsuzluq avtomobilinin çaya düşməsi nəticəsində 11 nəfər ölüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Avtomobildə sürücü də daxil olmaqla 15 nəfər olub”, - hüquq-mühafizə orqanlarından bildirilib. Avtomaşın çaya düşdükdən sonra yerli sakinlər və xilasedicilər batmış avtomobildən uşaqlar da daxil olmaqla 11 nəfərin meyitini çıxarıblar.

Polisin bildirdiyinə görə, daha dörd sərnişin xilas edilərək ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Oxşar xəbərlər

Uttar-Pradeş ştatında rikşa və yük maşınının toqquşması nəticəsində 11 nəfər həlak olub
Hindistanda ağır yol qəzasında 13 nəfər ölüb
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
Hindistanda körpünün çökməsi nəticəsində azı 8 nəfər həlak olub
Xaçmazda avtomobil körpüdən aşaraq çaya düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle