Hindistanda ağır yol qəzasında 13 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Hindistanda ağır yol qəzasında 13 nəfər ölüb


Hindistanın mərkəzi hissəsində yerləşən Çhattisqarh ştatında yük avtomobilinin iştirakı ilə baş verən ağır yol qəzasında azı 13 nəfər ölüb, ondan çox adam yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Qeyd olunub ki, digər avtomobilin qoşqusuna çırpılan yük maşınında dini bayramdan qayıdan yerli sakinlər olub. Qəza Raypur şəhəri yaxınlığında baş verib.

Xəsarət alan 12 nəfər müalicə üçün xəstəxanaya göndərilib. Ölənlər arasında dörd uşaq da var. Polis qəzanın səbəblərini araşdırır.

Oxşar xəbərlər

Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb
Rusiyada ağır yol qəzasında dörd nəfər ölüb
Meksikada ağır yol qəzasında 11 nəfər ölüb
Hindistanda yol qəzasında iki nəfər həlak olub, 14 nəfər xəsarət alıb
Türkiyədə ağır yol qəzasında 18 nəfər yaralanıb, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər