Hindistanda körpünün çökməsi nəticəsində azı 8 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Hindistanda körpünün çökməsi nəticəsində azı 8 nəfər həlak olub


Hindistanın Qucarat ştatında Qambhira körpüsünün bir hissəsinin çökməsi nəticəsində azı 8 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Bu barədə “Sizinxeber.az” “The Times of India”ya istinadən xəbər verir.

Məlumata görə, hadisə yerində polis, yanğınsöndürənlər və xilasedicilər işləyirlər.

Bildirilib ki, hadisə nəticəsində 8 nəfər həlak olub.

"Körpünün bir hissəsi qəflətən çöküb. Bu hissədən keçən üç avtomobil çaya düşüb. Biz xilasetmə əməliyyatına başladıq. 10 nəfər çaydan çıxarılıb", - yanğınsöndürmə xidmətinin əməkdaşı bildirib.

Qeyd edilib ki, xilasetmə əməliyyatı davam edir. Çökmənin səbəbləri araşdırılır.

Qambhira körpüsü Vadodaradan (Qucaratın 3-cü ən böyük şəhəri) təxminən 25 km məsafədə yerləşir və regionun nəqliyyat əlaqəsində mühüm rol oynayır.

Oxşar xəbərlər

Hindistanda fabrikdə partlayış baş verib, 17 nəfər ölüb - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda fabrikdə partlayış baş verib, 13 nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda partlayış baş verib, yeddi nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neapolda funikulyorun çökməsi nəticəsində azı 3 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda avtobusun dərəyə aşması nəticəsində azı 23 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər